Amerikadan Ərdoğana təhdid: "Sürgünmü olunacaq, edammı ediləcək..."
31 Yanvar 2019 11:56 DünyaKeçmiş Pentaqon məmuru Mixail Rubin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid edən açıqlama yayıb.
Onun paylaşdığı tvitdə deyilir: "Ərdoğanın Türkiyədə gələcəyi parlaq deyil. Ərdoğan kabinetindəmi öləcək, sürgünmü ediləcək, həbsdəmi yatacaq, edammı ediləcək?.."
AKP-nin keçmiş millət vəkili Mətin Külünk Rubinin açıqlamasına belə cavab verib: "Bu yola kəfəni ilə çıxmış bir lideri yolundan heç bir ucuz təhdid sapdıra bilməz, sapdırmayacaq da. Bu millətə boyunduruq zənciri vurmağı bacarmayacaqsız".
Qeyd edək ki, Mixail Rubin FETO dəstəkçisi kimi tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31