Şok: Bu ölkə Türkiyə və Qətəri gizli şəkildə dinləyib

Birləşmiş Ərəb Əmirlikləri Qətər və Türkiyəni gizli şəkildə dinləyib.

BƏƏ kəşfiyyatı "Qarğa layihəsi" kiber casusluq proqramından istifadə edərək Yaxın Şərqdə yüzlərlə siyasət adamının telefonunu dinləyib.

BƏƏ-nin dinlədiyi siyasi xadimlər arasında Qətər əmiri Tamim bin Həməd əs-Sani, Oman Xarici İşlər naziri Yusif bin Ələvi və Türkiyənin keçmiş baş nazirinin müavini Məmməd Şimşək də var.

Məsələ ilə bağlı M.Şimşək açıqlamasında dinlənilməsinin qorxunc və narahatverici olduğunu bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31