Taliban illər sonra açıqladı: İqtidarı istəmirik, ABŞ çıxsın
31 Yanvar 2019 12:22 DünyaABŞ-ın Əfqanıstandan çıxmasından sonra iqtidarı ələ keçirmək niyyətində deyilik.
Bu sözləri Talibanın Qətərdəki sözçüsü Süheyl Şahin deyib.
"Əfqanlar keçmişlərini unutmamalıdırlar. Birlikdə qardaşyana şəkildə yaşamalıdırlar. ABŞ-ın Əfqanıstandan çıxmasından sonra iqtidarı tək əlimizdə tutmaq fikrimiz yoxdur. Bütün əfqanların daxil olduğu əfqan dünyasına inanırıq", - deyə sözçü bildirib.
Qeyd edək ki, bir müddətdir ABŞ və Taliban arasında Qətərdə sülh danışıqları aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31