BMT Kiprlə bağlı qərar verdi: Türkiyədən etiraz... - Bəyanat

BMT-nin qərarı Kipr məsələsinin həllinə yönəlmiş səylərə real töhfə vermir və Baş katibin hesabatları buna uyğun deyil.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

XİN qeyd edib ki, missiyanın fəaliyyətinin davamı barədə qərar verilərkən Şimali Kiprin razılığı alınmayıb və bu bir nöqsandır. Qarşıdakı dövrdə hər hansı bir proses ancaq adadakı mövcud həqiqətləri və iki tərəfin siyasi bərabərliyinin əsas götürülməsi durumunda uğurlu ola biləcək.

Qeyd edək ki, yanvarın 30-da BMT sülhməramlı missiyanın Kiprdə daha 6 ay qalması barədə qərar qəbul edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31