İdlib onların nəzarətinə keçməlidir - Rusiya
31 Yanvar 2019 11:36 Dünyaİdlibin Suriya hökumətinin tabeliyinə keçməsi qonşu ölkələrin də xeyrinə olar.
Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. O bildirib ki, böyük qismi Nüsrə Cəbhəsinin əlində olan İdlibdəki durumu uzun müddət "dondurmaq" mümkün deyil:
"Terrorçuların olduğu yerdəki durumu uzun müddət "dondurmaq" mümkün olmaz. Mövqeyimiz dəyişməz olaraq qalır. Ölkənin şimal-şərqi və şimal-qərbi hökumətin nəzarətinə keçməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31