ABŞ şatdauna görə 11 milyard itirdi

ABŞ iqtisadiyyatı 35 gün davam edən şatdauna (hökumətin fəaliyyətini müvəqqəti dayandırması - red.) görə daha 3 milyard dollar itirəcək.

Bu məlumat ABŞ Konqresinin büdcə üzrə idarəsinin hesabatında yer alıb. Hesabata əsasən, məhz bu şatdaun ucbatından 2019-cu ildə ölkənin ümumdaxili məhsulunun 0,02% az olacağı vurğulanıb. Ümumilikdə 35 günlük şatdaun ərzində ABŞ-ın təxminən 11 milyard dollar itirdiyi bildirilib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31