Rusiyada 70 ilin rekord istisi qeydə alındı
31 Yanvar 2019 12:30 DünyaVladivostokda 30 yanvar tarixində müsbət 5 dərəcəyə qalxan hava son 70 ilin rekord göstəricisidir.
Bu barədə Rusiya Hidremetereoloji xidmətindən məlumat yayılıb.
"Ötən gün Vladivastokunbəzi ərazilərində hava +3-+5 dərəcəyə qalxıb. Sonuncu dəfə bu tarixdə bu cür hava 1949-cu ildə qeydə alınıb. Həmin vaxt +3 dərəcəyə qədər isti müşahidə edilmişdi", - məlumatda bildirilib.
Ölkənin digər əyalətində - Xakasiyada isə kəskin soyuqlar gözlənilir. Xidmətin yaydığı məlumatda bu günlər Xakasiyada temperaturun -40 dərəcədən də aşağı düşəcəyi bildirilib.
Qeyd edək ki, ötən bazar Moskvaya son 70 ilin ən güclü qarı yağıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31