12 il öncə itirdiyi üzüyünü burnundan tapdı - ŞOK HADİSƏ
30 Yanvar 2019 15:59 Dünyaİngiltərə vətəndaşı Abiqail Tomsonun başına görülməmiş hadisə gəlib.
Abiqail 12 il öncə itirdiyi üzüyünü asqırdıqdan sonra tapıb.
O, 8 yaşında olarkən hədiyyə aldığı üzüyü bir neçə ay istifadə etdikdən sonra itirib. Lakin asqırandan sonra üzük onun burnundan yerə düşüb.
"Uşaq olanda dostlarım bizə tez-tez gəlirdi. Adətən yatağımda otururduq. Buna görə də onlardan birinin üzüyü götürdüyünü düşünürdüm. 100 il düşünsəm, üzüyün burnuma getdiyi ağlıma gəlməzdi. Heç bir şey hiss etmirdim çünki", - hadisə haqqında danışan Abiqail deyib.
Gənc qızı müayinə edən doktor üzüyün burunun həssas olmayan bölgəsinə ilişib qaldığı üçün Abiqailin bir narahatlıq hiss etmədiyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31