Tiflis erməni avtoritetləri ölkəyə buraxmadı
30 Yanvar 2019 15:54 DünyaGürcüstan sərhədçiləri erməni avtoritetləri ölkəyə buraxmayıb.
Bu barədə "Jamanak" qəzeti yazıb.
Məlumata görə, Ermənistanın kriminal dairələrinin nümayəndələri Gürcüstandan tranzit ölkə kimi istifadə etmək niyyətində olub.
"Bu günlərdə bəzi erməni kriminal avtoritetləri Gürcüstan vasitəsilə Rusiyaya getməyə cəhd göstərdilər. Lakin Gürcüstan-Ermənistan sərhədində Sərhəd Xidməti əməkdaşları onların ölkəyə daxil olmasını qadağan edib", - qəzet yazıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31