Əfqanıstan hökumət başçısının ikinci müavini vəzifəsini tərk etmək istəməyib
30 Yanvar 2019 15:49 DünyaƏfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni tərəfindən yanvarın 24-də istefaya göndərilən hökumətinin ikinci icraçı başçısı Hacı Məhəmməd Möhəkikvəzifəsini təhvil verməkdən imtina edib.
O, vəzifədən çıxarılmasına səbəb Prezidentin keçmiş daxili işlər naziri Məhəmməd Hənif Atmarla bir blokda ikinci vitse-prezidentliyə qeydiyyatdan keçməsi olub.
M.Möhəkik razılaşmaya əsasən, milli uzlaşma hökluməti iş başında qaldıqca vəzifəsində qalmaq niyyətində olduğunu söyləyib.
Qeyd edək ki, seçki qanununa əsasən, har hansı dövlət vəzifəsinə namizədliyini irəli sürməzdən əvvəl nazir, nazir müavini və ya müşaviri, prezidentin müşaviri, əyalət valisi də daxil olmaqla bir sıra vəzifələrdə çalışan şəxslər işdən çıxmalıdır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31