İtaliya hərbçilərini Əfqanıstandan çıxarmaq niyyətindədir
30 Yanvar 2019 15:34 Dünyaİtaliyanın müdafiə naziri Elizabetta Trenta Əfqanıstandakı hərbçilərini geri qaytarmaq niyyətində olduqlarını açıqlayıb.
Bununla bağlı nazir bildirib: "Artıq 17 ildir oradayıq, 54 nəfər itki vermişik, 7 milyard avro xərcləmişik. Bəli, töhfəmiz az deyil, amma indi vəziyyətdə irəliləyiş var, tərəflər razılığa doğru gedir və ümidvaram, razılaşacaqlar. Biz də bunu nəzərdə tuturuq".
Hazırda Əfqanıstanda 900 nəfər italiyalı hərbçi qulluq edir.
Xatırladaq ki, bu günlərdə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Ğəni ölkədən xarici qoşunların çıxmasına çalışacaqlarını açıqlamışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31