Hollandiyada müsəlmanlar təhlükəsizlik istəyir
Hollandiyada son illərdə artan İslamofobiya hücumlarından ehtiyat edən müsəlmanlar, ölkə daxilində təhlükəsizlik tədbirləri görülməsini istəyir.
30 Yanvar 2019 15:13 DünyaHollandiyada son illərdə artan İslamofobiya hücumlarından
ehtiyat edən müsəlmanlar, ölkə daxilində təhlükəsizlik tədbirləri
görülməsini istəyir.
Olaylar.az bildirir ki, irqçilər və PKK-lılardan qorunmaq məcburiyyətində
qalan müsəlmanlar, məscidlərdə etibarlı və rahat şəkildə ibadət edə
bilmirlər.
Rotterdam şəhərindəki Geylani Xidmət Vəqfi Başçısı Əli Dədə Daş, "AA"
müxbirinə verdiyi açıqlamada, məscidə namaz qılmaq üçün gələn camaatın və
təhsil üçün gələn uşaqların narahat olduqlarını ifadə edib, ölkə daxilində
bütün məscidlərdə təhlükəsizlik tədbirlərinin alınması zərurətinin olduğunu
bildirib.
Qeyd edək ki, Amsterdam Bələdiyyə Başçısı Femke Halsema keçən həftə
bələdiyyə məclisinə göndərdiyi məktubda, paytaxtda İslamofobiya təhdid
ehtimalının yüksək olması səbəbiylə İslami təşkilatlar və məscidlərin
qorunacağını yazmışdı.