Polad Alemdardan ŞOK QƏRAR

Polad Alemdar rolu ilə tanınan aktyor Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazdan boşanmağa qərar verib. Məlumatı Kanal D yayımlanan “2-ci Sayfa” proqramı yayıb. Necati Şaşmazın vəkili açıqlamasında bunları deyib:

Polad Alemdar rolu ilə tanınan aktyor Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazdan boşanmağa qərar verib. Məlumatı Kanal D yayımlanan "2-ci Sayfa" proqramı yayıb. Necati Şaşmazın vəkili açıqlamasında bunları deyib:

"Müvəkkilim iki övladının anası Nagehan Şaşmaz ilə bütün cəhdlərinə baxmayaraq, ailə həyatını xilas edə bilməyib. Odur ki, bu gün Necati Şaşmaz boşanmaq üçün məhkəməyə müraciət edib. Necati Şaşmaz boşanma prosesinin anlaşmalı şəkildə olması üçün səy göstərib, lakin proses mübahisəli bir boşanma halına gətirildi. Ailənin məhrəmiyyəti, tərəflərin hüquqlarını və xüsusilə cütlüyün uşaqlarının psixologiyasını qorumaq üçün hər kəsdən boşanma ərzində lazımi həssaslıq göstərməyi rica edirik".

Qeyd edək ki, 2012-ci ildə evlənən cütlüyün iki övladı var. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31