“İnqilabdan sonrakı ən böyük iqtisadi təzyiqlə qarşı-qarşıyayıq”

İnqilabdan sonrakı ən böyük iqtisadi təzyiqlə qarşı-qarşıyayıq. Xalqın fədakarlığı və müqaviməti ilə ABŞ iqtisadi müharibədə məğlub olacaq". 

Bunu İran prezidenti Həsən Ruhani bildirib. Prezident qeyd edib ki, bir neçə ölkədən başqa bütün dünya ABŞ-a qarşı İranı dəstəkləyir: "ABŞ sadəcə İrana qarşı deyil. Avropa İttifaqı, Çin və Şimali Amerika Azad Ticarət Anlaşması (NAFTA) ilə bağlı öhdəliklərini də pozdu".

Bu gün İran iqtisadiyyatında yaranan problemlərə məhz Vaşinqton rəhbərliyi və onların dəstəkçilərinin səbəb olduğunu deyən H. Ruhani qeyd edib ki, ABŞ-ı qınamaq yerinə İran rejimini günahlandırmamalıyıq.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31