Bu alman şirkəti dünyanın “ən nəhəngi” oldu

Almaniyanın "Volksvagen" avtokonserni 2018-ci ildə dünyanın ən böyük avtomobil istehsalçısı olub.

"Volksvagen" artıq 3-cü ildir ard-arda birinci yeri tutur.

Alman şirkətindən sonrakı yerdə Yaponiyanın "Toyota" şirkəti qərarlaşıb. Yapon şirkəti keçən il istehsal etdiyi avtomobillərin sayını 2% artıraraq 10,6 milyon ədədə çatdırıb.

Qeyd edək ki, "Volksvagen" keçən il ərzində 10,8 milyon ədəd avtomobil istehsal edib. Alman avtokonserni öz tərkibində "Audi", "Bentley","Buqatti", "Lamborcini", "Porşe", SEAT, "Şkoda" kimi avtomobil markaları, "Ducati" motosikletləri, MAN, "Scania" və "Volksvagen Kommersial" yük maşın markalarını cəmləşdirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31