Poroşenko məğlub ola bilər - ABŞ kəşfiyyatı açıqladı

Ukraynada növbəti dəfə prezidentliyə namizədliyini irəli sürən Pyotr Poroşenko məğlub ola bilər.

Bu sözləri ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts deyib. O bildirib ki, ABŞ kəşfiyyatı Ukraynada vətəndaşların siyasi elitaya qətiyyən inanmadığını müəyyən edib və cəmiyyətdə konkret olaraq lider yoxdur.

Kouts əlavə edib ki, bununla bərabər seçkilərdə geniş əhatəli bir sıra namizədlər iştirak edir ki, bu da mövcud durumu daha da qəlizləşdirir.

Kəşfiyyat direktoru onu da vurğulayıb ki, ukraynalı seçicilərin çoxu hələ də öz siyasi üstünlüklərini müəyyənləşdirə bilməyən namizədlərini seçməkdə qərarsızdır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31