Ermənistanın yeni baş naziri təyin edildi

Ermənistan Prezidenti Armen Sərkisyan Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiqləyib.

Bu məlumatı Ermənistan Prezidentinin mətbuat xidməti yayıb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti parlamentin fəaliyyətə başlamasından dərhal sonra parlament çoxluğundan baş nazir təyin edir. Yeni baş nazir təyin edildikdən sonrakı 15 gün ərzində Nazirlər Kabinetini formalaşdırmalıdır.

Ermənistanın yeni parlamenti bu gün fəaliyyətə başlayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31