Ruslar Medvedyevi istefaya səsləyir - Sorğu
14 Yanvar 2019 12:31 DünyaRusiyalılar hazırkı Nazirlər Kabinetini qiymət artımında, gəlir səviyyəsinin azaldılmasında və işsizliyin artmasında ittiham edirlər.
Bu məlumatı "Levada Çentr" şirkəti keçirdiyi sorğudan sonra yayıb. Məlumata görə, indiki hakimiyyətin istefasını respondentlərin 53%-i tələb edir. Hökumətin istefasını istəməyənlərin sayı sorğu iştirakçılarının 40%-ni təşkil edib.
Rusların 57%-i hökuməti qiymət artımı və gəlir səviyyəsinin aşağı düşməsində, 46%-i isə işsizliyin artmasında ittiham edib. 36% hazırkı hökumətin mövcud iqtisadi böhranın öhdəsindən gəlmək iqtidarında olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31