Venesuelanın spikeri sərbəst buraxıldı

Bolivar Milli Kəşfiyyat Xidməti (SEBIN) Venesuelanın müxalifyönlü parlamentinin spikeri Xuan Quaydonusaxlanıldıqdan bir saat sonra sərbəst buraxıb.

Bu barədə Argentinanın TN portalı məlumat yayıb.

Eyni zamanda Kolumbiyanın "Corocol" agentliyi Milli Assambleya rəhbərinin tutulmasını işıqlandıran əməkdaşı Beatris Adrianın saxlanıldığını məlumat verib.

Daha sonra portal jurnalistin də azad olunduğunu yazıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31