“Hakimiyyət və müxalifət xaş süfrəsində…” - Paşinyanı ələ saldılar
14 Yanvar 2019 12:41 DünyaErmənistan rəhbəri Nikol Paşinyan yerli KİV-də yayılmış "Paşinyan iş görmək yerinə yemək yeyir" iddiasına cavab verib.
O, iddiaya cavabında yeməklərdən xaşı çox sevdiyini bildirib.
Paşinyan açıqlamasında bildirib:
"Yeni Ermənistan hakimiyyəti Respublikaçı Partiyasından zəif deyil. Hətta, xaş alüdəçisidir".
Qeyd edək ki, "Hraparak" qəzeti yayımladığı bir məqalədə Nikol Paşinyanın müxalifət və hökumət fraksiyalarının üzvlərini Eçmiədzindəki restoranlardan birinə xaş süfrəsi ətrafında birləşdirmək niyyətində olduğunu bildirib.
Paşinyan isə qəzetə verdiyi cavabnında belə deyib:
"Nəinki Ermənistan hakimiyyəti, bütün Ermənistan cəmiyyəti xaş ətrafında birləşə bilər. Belə təmaslar bir-birimizi yaxşı tanımağa imkan yaradır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31