Ermənistan hərbçisi yol qəzasında ölüb
14 Yanvar 2019 11:50 DünyaErmənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, ikinəfər yaralanıb.
Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, qəza Yerevan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi "VAZ-2107" markalı "Jiqulu" avtomobili İran dövlət nömrə nişanlı "Volvo" yük maşını ilə toqquşub.
Məlumata görə, qəzaya səbəb "VAZ-2107"-nin əks yola çıxması olub.
Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31