Ermənistanın yeni parlamenti fəaliyyətə başlayıb
14 Yanvar 2019 11:37 DünyaErmənistanın yeni parlamentinin ilk toplantısı keçirilib.
İclası baş nazir səlahiyyətlərini icra edən "Mənim Addımım" fraksiyasından olan yezidi kürd əsilli deputat Knyaz Həsənov açıb.
Əvvəlcə deputatlar and içiblər.
Qanunverici orqanın ilk iclasının gündəliyində 7 məsələ var. Deputatlar parlamentin sədrini, onun müavinlərini və daimi komissiyaların tərkibini seçəcəklər. Bunun ardınca komissya sədrləri müəyyən ediləcək.
Müzakirə ediləcək məsələlərdən biri "Hökumətin strukturuna dəyişikliklər haqqında" qanun layihəsi, digəri isə hökumətin proqramının təsdiqlənməsidir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31