Türkiyədə güclü PARTLAYIŞ oldu
14 Yanvar 2019 11:13 DünyaTürkiyənin Sakarya vilayətində qaz borusu keçən ərazinin yaxınlığında güclü partlayış baş verib.
Partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan və ya ölənlərin olması barədə məlumat yoxdur.
Partlayışdan sonra yanğın başlayıb. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində iş aparırlar.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31