Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir
11 Yanvar 2019 19:32 DünyaErmənistanda müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına qarşı Eçmiadzin şəhərində etiraz aksiysı keçirilib.
Onlar aksiyanı yanvarın 11-də saat 16:00-da ölkənin Apellyasiya Məhkəməsinin binası qarşısında keçirməyə çağırıb.
"Aksiya məhkəmə binasının qarşısında olacaq. Biz Manvel Qriqoryana qarşı həbs qətimkan tədbirinin seçilməsini tələb edəcəyik", - deyə Civan Abramyan adlı aksiya iştirakçısı bildirib.
Qeyd edək ki, dekabrın 21-də Manvel Qriqoryan 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyası keçirilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31