ABŞ bütün dünyanı Polşaya toplayır
11 Yanvar 2019 16:39 DünyaABŞ Yaxın Şərqdə stabilliyin təmini ilə bağlı beynəlxalq sammiti fevralın 13-14-də Polşada keçirəcək.
Bunu "Foks Nyus"a müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"Biz bütün dünyadan onlarla ölkə ilə bir araya gələcəyik. Bütün ölkələr toplaşacaqlar ki, Yaxın Şərqdə stabillik üçün diqqəti bir yerə cəmləşdirsinlər" - deyə o bildirib.
Pompeo sammitdə Asiya, Afrika, Avropa və Yaxın Şərq ölkələrinin iştirak edəcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31