Koalisiya qüvvələri Suriyadan çıxır
11 Yanvar 2019 15:58 DünyaABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadan qüvvələri çıxarmağa başladığını elan edib.
Bunu ABŞ-ın İraq və Suriyadakı "Qətiyyətli dəstək" əməliyyat qərargahının nümayəndəsi, ABŞ quru qoşunlarının polkovniki Şon Rayan bildirib.
"Koalisiya Suriyadan çıxmağa başlayıb. Təhlükəsizlik baxımından onun müddəti, qoşunların yerləşdiyi ərazi və marşrutundan danışmırıq", - deyə nümayəndə bildirib.
CNN telekanalı da Vaşinqtonun Suriyadan hərbi texnikanı çıxarmağa başladığı barədə məlumat yayıb.
Qeyd edək ki, dekabrın 19-da Prezdent Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxacağı barədə sənədi imzalayıb. Ötən gün isə Fransanın xarici işlər naziri Jan-İv Le Drian az sayda olan hərbçilərini Suriyadan çıxaracaqlarını vurğulamışdı.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31