“Trampı ancaq mən məğlub edə bilərəm” – Keçmiş vitse-prezidentdən ilginc iddia

ABŞ-ın keçmiş vitse-prezidenti Jozef Bayden qarşıdakı iki həftə ərzində 2020-ci ildə keçiriləcək prezident seçkiklərində iştirak edib-etməyəcəyi barədə qərarını açıqlayacaq.

Bu barədə "Nyu-York Tayms" qəzeti məlumat yayıb.

76 yaşlı siyasətçi Demokratlar Partiyasından hazırkı Prezident Donald Trampı məğlub edə biləcək yeganə namizədin özü olduğunu iddia edib:

"Əgər seçkiləri məndən başqa udacaq digər namizədin olduğunu deyə bilsəniz, seçkilərə qatılmaqdan imtina edəcəyəm. Mən özümdən savayı güclü namizəd görmürəm".

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31