Kruiz gəmisində 300 nəfər virusa yoluxdu
11 Yanvar 2019 15:23 DünyaKarib dənizində kruiz turu zamanı 300 sərnişin virusa yoluxub.
Hadisə üzə çıxandan sonra gəmi turu yarımçıq qoyaraq, bir gün əvvəl ABŞ-ın Florida ştatına qayıdıb.
Xəstəliyə yoluxan sərnişinlərə tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilənlər də olub.
Hazırda yoluxmanın səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.
Kruizi həyata keçirən şirkət bildirib ki, səyahətin müddətinin azaldılması ilə əlaqədar gəmidə olan 8 minə yaxın sərnişinə təzminat ödəniləcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31