Nazirdən Assanca: "Yaxşısı budur, təslim ol!"
11 Yanvar 2019 11:54 DünyaLondondakı səfirliyimizdə gizlənən Culian Assanc üçün ən məqbul variant hökumətə təslim olmaqdır.
Bu sözləri Ekvador Xarici İşlər naziri Xose Valensiya deyib.
"Biz görürük ki, cənab Assanc üçün iki variant qalıb: Qeyri-müəyyən müddətə səfirliyimizdə qalmaq, yaxud təslim olmaq. Düşünürük ki, məhz təslim olmaq variantı onun üçün daha münasibdir", - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, "Vikiliks" rəhbəri Culian Assanc fəaliyyətindən dolayı 2012-ci ildən bəri Ekvadorun London səfirliyində sığınacaq tapıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31