Rusiyadan şok: BBC İŞİD-ə dəstək verdi
11 Yanvar 2019 12:02 DünyaRusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Nəzarət Qurumu İngiltərənin BBC nəşrinin İŞİD-ə dəstək verdiyini iddia edib.
Rusiyada fəaliyyət göstərən BBC-nin internet resurslarında yoxlama aparılıb.
İddia edilir ki, yayımlanan xəbərlərdə İŞİD lideri Əbubəkr Bağdadidən sitatlar gətirilib.
BBC-yə qarşı reydlərin davam etdiyi, bu nəşr orqanındakı məlumatların Rusiyadakı ekstremizmlə mübarizə qanunu normalarına uyğunluğunun araşdırıldığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31