ABŞ İsrailə F-16-ları satmağa izn vermədi
11 Yanvar 2019 12:10 Dünyaİsrail rəsmi şəkildə Xorvatiyaya F-16 qırıcılarını verə bilməyəcəyini bəyan edib.
Bu məlumatı Xorvatiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, İsrail F-16 təyyarələrini ABŞ-ın mövqeyi ucbatından Zaqrebə sata bilməyib.
Qeyd edək ki, bundan öncə Xorvatiya ordusunun qırıcılarla təminatı üçün müsabiqə keçirib. Müsabiqənin əsas iştirakçıları Yunanıstan, İsrail, İsveç və ABŞ olub. Bu müsabiqə sayəsində İsrail və ABŞ Xorvatiyaya F-16-ların tədarükündə əsas rəqabət aparan tərəflər olublar. Nəticədə müsabiqəni İsrail qazanıb.
İsrailin təklifinə əsasən, Zaqrebə 12 ədəd modernizə edilmiş F-16 Barak təyyarələri verilməli idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31