Məşhur musiqi kanalı bağlanır
11 Yanvar 2019 11:45 DünyaTürkiyənin televiziyasının ilk musiqi kanalı "Kral" TV bağlanır.
Olaylar.az türk mediasına istinadən xəbər verir ki, kanalın rəsmi "Twitter" hesabında yayılan məlumata görə, "Kral" TV fevralın 1-dən etibarən yayımına yalnız rəqəmsal mühitdə davam edəcək.
Bundan sonra "Kral" TV-ni mobil əlavələrdə, həmçinin "Kral Müzik Youtube" kanalında izləmək mümkün olacaq.
Qeyd edək ki, kanal 1994-cü ildə Cem Uzan tərəfindən yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31