ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək
11 Yanvar 2019 11:34 Dünya"ABŞ Rusiyaya qarşı "sərt" sanksiyalar siyasətini davam etdirəcək".
Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Nümayəndələr Palatasında keçirilmiş qapalı brifinqin yekununda bildirib.
C.Mnuçin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyası Rusiyaya qarşı "sərt" addımlar atır.
O, indiki hakimiyyətin Rusiyaya qarşı əvvəlkilərindən daha çox sanksiya tətbiq etdiyini əlavə edib.
"Bunu etməyə davam edəcəyik", - maliyyə naziri deyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31