Belarus ABŞ diplomatlarının sayına məhudiyyəti aradan götürüb
11 Yanvar 2019 12:30 DünyaBelarus hökuməti ölkədə işləyə biləcək amerikalı diplomatların sayına olan məhdudiyyəti ləğv edib.
Bu barədə "Foreign Policy" jurnalı ABŞ Dövlət Departamentindəki mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, Belarusun xarici işlər naziri Vladimir Makey bu qərar barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisiUess Mitçelli məlumatlandırıb.
"Bu, böyük addımdır, buzları əritmənin başlanğıcıdır", - mənbə bildirib.
Nəşrdə qeyd olunub ki, bu qərar Belarus və ABŞ arasındakı əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb ola bilər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31