Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd aşkar edilib
11 Yanvar 2019 11:23 DünyaMeksikanın Tamaulipas ştatında (ABŞ ilə sərhəd) 21 nəfərin yandırılmış cəsədi aşkar edilib.
Aşkar edilən cəsədlərin narkomafiyalar arasında müharibənin qurbanları olduqları ehtimal edilir.
Bildirilir ki, cəsədlər Migel Aleman şəhərində yandırılmış avtomobillərin yanında tapılıb.
Qeyd edək ki, Tamaulipas ştatı narkotrafik sistemində ən vacib regionlardan biri sayılır. Hazırda bu əraziyə görə 3 narkomafiya mübarizə aparır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31