Davosda ABŞ nümayəndə heyətinə Trampın əvəzinə o, rəhbərlik edəcək
11 Yanvar 2019 11:18 DünyaDavos Dünya İqtisadi Forumunda ABŞ nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcək.
Bu barədə "Bloomberg" agentliyi xəbər verir.
Məlumata əsasən, prezident Donald Trampın administrasiyası Davosa maliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini göndərir. Nümayəndə heyətinin tərkibi azsaylı olacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcəni bildirmişdi.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31