Ərdoğan istədi, o yenidən oxudu - Video
10 Yanvar 2019 17:32 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsi "2018 il üçün Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi Mükafatları" mərasimində iştirak edib.
Tədbirdə Onqan Üsküdar Musiqi Cəmiyyətinin sədri, bəstəkar, müğənni Amir Atəş Türk sənət musiqisindən bir parça səsləndirib.
O, musiqi səsləndirdikdən sonra səhnəni tərk etmək istəyib. Bu zaman Ərdoğan usta sənətçidən yenidən bir parça musiqi səsləndirməsini istəyib. Ərdoğanın istəyi ilə yenidən oxuyan müğənni, alqışlarla qarşılanıb. Musiqini ifa etdikdən sonra Ərdoğan Atəşə təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31