Erməni katolikos Paşinyana qarşı: Pis reaksiya gələcək
10 Yanvar 2019 17:57 DünyaÜmid edirəm ki, Ermənistanın yeni hökumətinin işində diaspora məsələləri prioritet təşkil edəcək.
Bunu "Yerkir Media" televiziyasına müsahibəsində Böyük Kilikiya Evinin katolikosu I Aram deyib.
Onun sözlərinə görə, Diaspor Nazirliyinin varlığı erməni diasporu üçün çox vacibdir. O bu nazirliyin ləğvinin diaspor tərəfindən neqativ reaksiyaya səbəb olacağını deyib.
Qeyd edək ki, bundan öncə Ermənistandan Diaspora Nazirliyi ləğv edilib. Nazirliyin ləğvi erməni diasporu tərəfindən tənqidə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31