Pakistanda 16 pilotun və 65 ekipaj üzvünün lisenziyası ləğv olunub

Pakistan Mülki Aviasiya Şirkətinin yaydığı məlumata görə, saxta dərəcə verilməsi səbəbindən 16 pilot və 65 ekipaj üzvünün lisenziyası ləğv olunub.

Xüsusi komissiya tərəfindən aviaşirkət əməkdaşlarının lisenziya və ixtisas dərəcəsi yoxlanılarkən bu qərar qəbul edilib.

Aviaşirkətin nümayəndəsi bildirib ki, iş yerlərini itirən pilotlar və ekipaj üzvləri apellyasiya şikayəti verə bilərlər.

Hazırda pilotlara və ekipajın digər üzvlərinə bu dərəcələri verən adamların müəyyən olunması istiqamətində iş aparılır.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31