İspaniyanın feminist təşkilatları qadın hüquqları ilə “alver edən” partiyalara qarşı çıxırlar

İspaniyanın feminist təşkilatları bəyan edirlər: "Gender zorakılığının inkar edilməsi ilə Holokostun inkar edilməsi arasında heç bir fərq yoxdur".

Əndəlis parlamentində təmsil olunan mühafizəkar "Vox" partiyası gender zorakılığına qarşı mübarizə tədbirlərinin aradan qaldırılması məsələsini öz seçkiqabağı proqramına daxil etdikdən sonra bunu qadın hüquqlarının qəti və yolverilməz şəkildə pozulması kimi dəyərləndirən, Konstitusiyanın pozulması kimi nəzərdən keçirən yüzdən çox feminist qrupunun və bütün ictimai universitetlərin feminist və gender tədqiqatları platformalarının nümayəndələri birləşiblər.

Mütərəqqi Qadınlar Federasiyasının prezidenti Yolanda Besteyro bildirib: "Biz uzunmüddətli kampaniya elan edirik. Qadınların hüquqlarının pozulmasına yol verməyəcəyik".

Feminist təşkilatları yazda nəzərdə tutulan yerli və regional seçkilərdə qadınların səslərinin səfərbərliyə alınmasına təşviq edən manifestlə çıxış ediblər.

Feminist kampaniyaları yanvarın 15-də Əndəlis parlamentinin qarşısında mitinqlə başlayacaq.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31