İdmançı qızı qarət etmək istəyən oğru peşman oldu
10 Yanvar 2019 17:18 DünyaQaydasız Döyüş Çempionatının (UFC) ulduzu xanım Polyana Viana Rio-de-Janeyrodakı evinin qarşısında dayanarkən ona oğru yaxınlaşıb.
Oğrunun əlində yalançı silah olub və o, idmançının telefonunu əlindən almaq istəyib. UFC-nin parlaq ulduzlarından olan P.Viana dərhal oğruya qarşı fənd işlədərək onu yerə yıxıb.
"O mənə yaxınlaşanda onun oğru olduğunu anladım. Mən artıq nə edəcəyimi bilirdim. Onu döyəndə əsəbi deyildim, sakit işimi görürdüm".
Polyana Viana polis gələnədək oğrunun ayaq üstə durmasına imkan verməyib.
UFC-nin prezidenti Dana Uayt öz ınstagram səhifəsində Polyana Viananın və oğrunun şəklini paylaşaraq yazıb: "Soldakı UFC döyüşçüsü Polyana Viana, sağdakı isə onu qarət etmək istəyən oğrudur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31