Professor MKİ-nin 50 il gizli saxladığı sirri tələb edir
10 Yanvar 2019 16:58 Dünya339-cu ildən bu yana Nuhun gəmisini tapmaq üçün dünyanın hər yerində axtarışlar aparılır. Gəminin harada olmasına dair çoxlu sayda iddialar mövcuddur.
Gəminin Ağrı dağında olduğuna dair yeni qeydlər ortaya çıxıb.
Amerikalı professor Paul Esprante gəminin Ağrı dağında olmasına dair çoxlu sayda faktların mövcudluğunu iddia edib.
Qeydlərə görə, 1949-cu ildə ABŞ Hava Qüvvələrinə aid pilot SSRİ sərhədləri boyunca xidmət yerinə yetirərkən Ağrı dağı üzərindən uçub.
4720 metr yüksəklikdə uçan pilot Ağrı dağında qar və buz təbəqəsi altında cisim aşkar edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qeydlərində bu hadisə Ağrı dağının anomalisi olaraq göstərilib. Lakin sözügedən qeydlər məxfi saxlanıldığı üçün görünən cisim 50 il müddətində dünya sirri kimi gizlədilib.
Ancaq Riçmond Universitetinin professoru Taylor araşdırma çərçivəsində qanuna istinad edərək 1949-cu ildə Ağrıda çəkilən cismin görüntülərini tələb edib.