Yunanıstanda mitinq keçirmək qadağan olundu
10 Yanvar 2019 19:03 DünyaYunanıstan polisi Almaniya kansleri Angela Merkelin ölkəyə səfəri zamanı paytaxt Afinada mitinq keçirməyi qadağan edib.
Polisin xəbərdarlığına baxmayaraq, Yunanıstanın solçu partiyaları marş keçirməyi planlaşdırır.
Qeyd edək ki, Almaniya kanslerinin bu gün Yunanıstana səfər edəcəyi gözlənilir. İkigünlük səfər proqramında A.Merkelin Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqlar keçirəcəyi və görüşdən sonra mətbuat konfransında çıxış edəcəyi planlaşdırılıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31