Lukaşenko Baltikyanı ölkələr vasitəsilə Belarusa neft tədarükünə başlanılmasına dair tapşırıq verib

Belarus Prezidenti Aleksandr Lukaşenkohökumətə Baltikyanı ölkələrin limanları vasitəsilə ölkəyə neft tədarükünə başlanılmasına dair tapşırıq verib.

Belarus Prezidentinin sözlərinə görə, bu mövzuda Litva ilə razılaşmaq lazımdır.

Neft emalı Novopolotsk neft emalı zavodunda baş verəcək və Baltikyanı ölkələri təmin edəcək. O həmçinin qeyd edib ki, Baltikyanı ölkələr bu şəkildə tədarük edilən neftdən hazırlanmış neft məhsullarını indi aldıqları dünya qiymətlərindən daha ucuz qiymətə ala biləcəklər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31