Avropa Şurasının baş katibi vəzifəsinə namizədlər müəyyənləşib
10 Yanvar 2019 18:37 DünyaAvropa Şurasında təşkilatın yeni baş katibi vəzifəsinə namizədlərin kimliyinə aydınlıq gəlib.
Bunlar Belçikanın xarici işlər naziri Didye Reynders və Litvanın sabiq baş naziriAndryus Kubilyusdur.
Qeyd olunur ki, vəzifəyə namizədlərin təqdim edilməsi üçün son vaxt Strasburq vaxtı ilə bu gün saat 18:00-da başa çatacaq, buna görə başqa birisinin iddiaçı olmaq ehtimalı azdır.
Hazırda baş katib vəzifəsini norveçli Turbyorn Yaqland tutur.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31