Suriyada erməni hərbçi öldü

Suriyada Rusiya ordusunun erməni mənşəli hərbçisi Andranik Arustamyan ölüb.

Müdafiə Nazirliyi rəsmi məlumat verməsə də, Arustamyanın Dəməşq-Deyr-Əz-Zor trası yaxınlığında yola döşənmiş minanın partlaması zamanı öldüyü xəbər verilir.

Onun 2-ci Ordunun 21-ci motoatıcı briqadasının 1-ci batalyonunda kiçik çavuş kimi xidmət etdiyi xəbər verilir. O, Moskva yaxınlığındakı Totskoe qəbirstanlığında dəfn olunub.(modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31