“ABŞ-ın güc strukturları Trampı qərarından daşındırır”

"Bizim Suriyanın şərqində YPG/PKK-ya qarşı apardığımız əməliyyatlar ABŞ-ın bölgədən çıxması ilə bağlı deyil". 

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, bu müddətdə əsasən ABŞ-ın güc strukturları Donald Trampı qərarından daşındırmağa çalışır: "Bəhanə olaraq "Türklər kürdləri öldürməsin" dedilər. Bu son dərəcə yanlış üslubdur. Biz qarşı tərəfə bu ifadələrdən narahat olduğumuzu çatdırdıq".

XİN rəhbəri vurğulayıb ki, suriyalı kürdlər YPG/PKK demək deyil: "Türkiyədəki kürdlər də həmçinin. Bunu yaxşı bilirik. Hər kəsdən də çox Pompeo bilməlidir. Biz Suriyadakı kürdlərin hüquqlarını müdafiə etmişik. Bir terror təşkilatı var və bu terror təşkilatı bizə qarşı təhdid yaradır. ABŞ-da bunlara dəstək verir. Bir lider verdiyi sözün arxasında dayanar".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31