Sudanda qeyri-qanunu nümayişlərdə ölü və yaralananların sayı artdı

Sudanda qeyri-qanuni nümayişə polis və təhlükəsizlik qüvvələri göz yaşartıcı qaz istifadə edərək müdaxilə edib. Olaylar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nümayişlərdə daha 3 nəfər ölüb, bəziləri isə yaralanıb. Hadisə prokurorluğa intiqal edilib.

Sudanda qeyri-qanuni nümayişə polis və təhlükəsizlik qüvvələri göz yaşartıcı qaz istifadə edərək müdaxilə edib.

Olaylar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nümayişlərdə daha 3 nəfər ölüb, bəziləri isə yaralanıb. Hadisə prokurorluğa intiqal edilib.

Sudan Mərkəzi Həkimlər Komitəsindən daha əvvəl edilən yazılı şərhdə, nümayişlərdə 2 adamın həyatını itirdiyi, 5-i güllə olmaqla 8 adamın yaralandığı ifadə edilmişdi.

Sudandakı nümayişlər 19 dekabrda hökumətin çörək qiymətlərini artırmasının ardından Nil sahilindəki Atbera və Port Sudan şəhərlərində başlamış ancaq qısa müddətdə bir çox əyalətdə rejim basqısına çevrilmişdi. 

Sudan Dövlət Başçısı Ömər əl-Bəşir, iqtidardan çəkilməsini istəyənlərə, "Rəhbərliyə gəlmək üçün 2020-dəki seçkilərə hazırlanın" şəklində səslənmişdi.

Qeyd edək ki, hökumət, nümayişlərdə 19 adamın öldüyünü, 406 adamın yaralandığını açıqlayarkən, müxaliflər bu ədədin çox daha çox olduğunu iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31