Çin düşərgələrdə saxladığı qazaxların ölkəni tərk etməsinə icazə verəcək

Qazaxların Çin vətəndaşlığından çıxaraq qonşu Qazaxıstana köç etməsinə icazə veriləcək. Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyindən edilən şərhdə, Sincan Uyğur Muxtar Bölgəsində "yenidən təhsil" adı altında endoktrinasyon düşərgələrində saxlanılan, böyük əksəriyyəti Uyğur etnik birliyinə mənsub olmaqla birlikdə aralarında qazax, qırğız və taraların da olduğu müsəlman əhali içindəki 2 min etnik qazağın Çin vətəndaşlığından ayrılaraq ölkəni tərk etməsinə icazə veriləcəyi ifadə edildi.

Qazaxların Çin vətəndaşlığından çıxaraq qonşu Qazaxıstana köç etməsinə icazə veriləcək.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyindən edilən şərhdə, Sincan Uyğur Muxtar Bölgəsində "yenidən təhsil" adı altında endoktrinasyon düşərgələrində saxlanılan, böyük əksəriyyəti Uyğur etnik birliyinə mənsub olmaqla birlikdə aralarında qazax, qırğız və taraların da olduğu müsəlman əhali içindəki 2 min etnik qazağın Çin vətəndaşlığından ayrılaraq ölkəni tərk etməsinə icazə veriləcəyi ifadə edildi.

Şərhdə hansı qrupların hansı səbəblərlə vətəndaşlıqdan ayrılmasına icazə veriləcəyinə dair məlumat verilməyib. Sözügedən kəslərin Qazaxıstan vətəndaşlığına və ya Qazaxıstanda qalıcı yaşayış icazəsinə müraciət edə biləcəyi ifadə olunub.

Qeyd edək ki, Çinin rəsmi orqanları mövzuyla əlaqədər heç bir şərh verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31