Ukraynada soyuqdan ölənlərin sayı 64-ə çatdı
10 Yanvar 2019 14:35 DünyaUkraynada son 1 ay ərzində kəskin soyuq havalar nəticəsində 100-ə yaxın insan dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il dekabrın 12-dən bu il yanvarın 9-na qədər 64 nəfərin öldüyü bildirilir.
Nazirlik qeyd edir ki, 12 dekabr-9 yanvar aralığında 1037 nəfər həddindən artıq soyuq və donvurmaya görə həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31